“Kapital Bank” bank kartlarından nağdlaşdırmaya görə komissiya tutacaq

11:33 - 11 Yanvar 2024 - İQTİSADİYYAT

“Kapital Bank” digər bankomatlarda nağdlaşdırmaya görə komissiya haqqı tətbiq etməyə başlayır. 

Valyuta.az-ın bu barədə banka istinadən xəbər verir. Məlumata görə, yanvar ayının 15-dən etibarən Birbank Cashback və Birbank Miles kartları ilə ölkədaxili digər bankomatlardan nağdlaşdırma zamanı 2 manat (və ya Avro/Dollar) komissiya tutulacaq. Komissiya haqqın nağdlaşdırmanın həcmindən aslı olmayaraq eyni müəyyən edilib. 

Bankdan həmçinin, o da bildirilib ki, “Kapital Bank”ın ölkə üzrə mindən çox bankomatı fəaliyyət göstərir və kart sahibləri 5 min manata kimi vəsaitlərini bu bankomatlar vasitəsilə pulsuz nağdlaşdıra bilərlər. 

Xəbər xətti