ABŞ bir il yarımlıq fasilədən sonra Rusiyadan neft idxalını bərpa edib
Ucnoqta.az xəbər verir ki, bunu RİA Novosti-nin təhlil etdiyi Amerika statistika xidmətinin məlumatları sübut edir. Oktyabrda ABŞ son bir il yarımda ilk dəfə Rusiyadan neft idxal edib, noyabrda isə ikinci alışını həyata keçirib.
Qeyd olunur ki, 2023-cü ilin oktyabrında ABŞ Rusiyadan 36,8 min barel neft alıb. İdxal dəyəri 2,7 milyon dollar olub.
Noyabrda 750 min dollara 9,9 min barel neftin alışı olub, hər iki halda karbohidrogenlər istehlak üçün alınıb.