Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər İsrailə dəstək verən ABŞ gəmisinə pilotsuz uçuş aparatları, ballistik və gəmi əleyhinə raketlərlə hücum ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.
“Yəmən silahlı qüvvələrinin dəniz qüvvələri, raket qüvvələri və pilotsuz təyyarələri çoxlu sayda pilotsuz uçuş aparatları, ballistik və gəmi əleyhinə raketlərdən istifadə etməklə sionist quruma dəstək verən Amerika gəmisini vuraraq birgə əməliyyat keçiriblər,” - o, deyib.