"Hizbullah"ın Hərbi Hava Qüvvələrinin komandiri Əli Hüseyn Burci Livanın cənubunda İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olub.
Ucnoqta.az xəbər verir ki, Lebanon 24 xəbər portalının verdiyi məlumata görə, o, Xirbet Silm kəndində vurulan avtomobildə olub.
Bu, yüzlərlə Hizbullah tərəfdarının yanvarın 8-də İsrail hərbçilərinin açdığı atəş nəticəsində öldürülən Radvan təxribat qanadının komandirlərindən biri Visam Həsən əl-Tavilin dəfn mərasimi ilə əlaqədar matəm mitinqinə toplaşdığı bir vaxtda baş verib.
Portalın məlumatına görə, Burji əvvəllər İdlib vilayətində quldur dəstələrinə qarşı Suriya ordusunun tərəfində vuruşan çevik reaksiya qüvvələrinə rəhbərlik edib.
O, Livanın cənubunda İsrail ordusuna qarşı əməliyyatlar zamanı pilotsuz uçuş aparatlarının buraxılmasına cavabdeh idi.