Aygün Bəylərin ailəsi Aynişana sərt cavab verdi - VİDEO

11:37 - 9 Yanvar 2024 - Mədəniyyət

Yanvar ayının 6-da vəfat edən Əməkdar artist Aygün Bəylərin yeniyetmə qızı Canan üçün pul yığmaq istəyən bloger Aynişanın arzusu ürəyində qalıb. 

Ucnoqta.az xəbər verir ki, 14 yaşlı yeniyetmə üçün bank hesabı açdırmaq istəyən blogerə bank “yox” cavabı verib: 

“Bir izləyicim Aygün xanımın qızı üçün bank hesabı açıb büdcə yığmağı təklif etmişdi. Bunu etmək istədim. Düşünmüşdüm ki, bir hesab açarıq, o hesaba 18 yaşına qədər pul yığarıq, ancaq 18 yaşı olanda onu açar. Təəssüf ki, banklar dedi ki, belə bir qanun yoxdur. Sadəcə, valideynin icazəsi ilə və himayəsində olduğu şəxsin icazəsi bu hesab açıla bilər və onlar bu pulu idarə edə bilər. Bu da açığı, məni bir az narahat etdi. Mən istəmirdim 18 yaşına kimi kimsə o pula toxunsun”. 

Daha sonra mərhum sənətçinin bacısı blogerin anasına (red -Aybəniz Haşımovaya) zəng vurub və pul yığılmasına etiraz edib: 

“Aygün xanımın bacısı mənim anama zəng vurub. Ümumiyyətlə, bilmirdim ki, xalası var, yaxşı ki, ailəsi var imiş. Ailəsi deyib ki, bundan sonra 60 il də yaşaması üçün Cananın büdcəsi var. Təki elə olsun! Ümid edirəm ki, o uşaq çox yaxşı şəkildə böyüyəcək. Burdan ona demək istəyirəm ki, həmişə bil ki, mən varam, nə zaman sənin nəyəsə ehtiyacın olsa, bil ki, mənə bir kəlmə yazmağın kifayətdir, həmişə sənin yanında olacağam”. 

Qeyd edək ki, Aygün Bəylər bir neçə il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmış və oradakı klinikalardan birinə yerləşdirilmişdi.

6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edən müğənninin nəşi Bakıya gətirilib. O, Suraxanı qəbirstanlığında dəfn olunub.

///yenisabah

Xəbər xətti