Azərbaycan SSR əməkdar incəsənət xadimi, Yazıçılar İttifaqının üzvü, yazıçı Çingiz Hüseynov vəfat edib.
Bu barədə onun oğlu məlumat verib.
O bildirib ki, atası ilə sonuncu dəfə bir neçə saat əvvəl danışıblar.
Qeyd edək ki, Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub.
Yazıçının bir neçə aydan sonra 95 yaşı tamam olacaqdı. O, “Adını demədi”, “Fətəli fəthi”, “Ailə sirləri” və s. əsərlərin müəllifidir.///manset.az