Nigeriyanın NIGUS International şirkəti və Çinin Zhongmin Xinjunlong şirkəti səmt qazından istifadəni nəzərdə tutan 1 milyard dollarlıq müqavilə imzalayıb.
Ucnoqta.az-ın məlumatına görə, Vanguard xəbər verdiyi kimi, söhbət neft buruqlarında yandırılan qazdan gedir.
Nigeriya şirkətinin rəhbəri Malik Ado İbrahimin sözlərinə görə, Çin şirkəti ilə əməkdaşlıq Nigeriyada məşəl qazının kommersiya istifadəsi və yaşıl enerjinin inkişafı üçün ən son texnologiyaları cəlb edəcək.
Qazın sintetik dizel yanacağına və məişət ehtiyacları üçün maye qaza emal ediləcəyi güman edilir.