Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salır

23:00 - 7 Yanvar 2024 - İQTİSADİYYAT

Səudiyyə Ərəbistanının dövlət şirkəti Saudi Aramco fevral ayında bütün bölgələrdə əsas ərəb yüngül neftinin tədarükü qiymətlərini aşağı salacaq.

Ucnoqta.az Bloomberg-ə istinadən xəbər verir ki, bu qərar bu yanacağa tələbatın azalması ilə əlaqədar qəbul edilib.

Beləliklə, Asiyaya tədarükün qiymətləri bir barel üçün 1,5-2 dollar azalıb. Şimal-qərbi Avropa, Aralıq dənizi və Şimali Amerika üçün də qiymətlər endirilib.

Nəşr vurğulayır ki, fevral və mart aylarında neftə tələbatın azalması hər il neft emalı zavodlarının texniki işlər məqsədi ilə müvəqqəti bağlanması, eləcə də ABŞ-dan yanacaq tədarükünün artması ilə bağlı təklifin profisiti fonunda baş verir.

Xəbər xətti