Almaniya komandası tennis üzrə Birləşmiş Kubok turnirinin final oyununda Polşa yığmasını 2:1 hesabı ilə məğlub edib.
Ucnoqta.az xəbər verir ki, yarış Avstraliyanın Sidney şəhərində Peşəkar Tennis Assosiasiyası (ATP) və Qadın Tennis Assosiasiyasının (WTA) himayəsi altında baş tutub.
Qarşıdurmanın ilk görüşündə dünyanın bir nömrəsi İqa Sviatek üç Böyük Dəbilqə turnirinin qalibi Anjelik Kerberi 6:3, 6:0 hesabı ilə məğlub edərək Polşa yığmasını irəli çıxarıb. İkinci görüşdə Polyak Yubert Hürkaç Tokio Olimpiya çempionu alman Aleksandr Zverevə uduzub - 7:6 (7:3), 6:7 (6:8), 4:6. İkinci setdə taybreykdə Hurkaç ikiqat matç xalını çevirə bilməyib.
Qarışıq cütlükdə həlledici görüşdə Laura Siegemund və Zverev Sviatek və Hurkaçı məğlub ediblər - 6:4, 5:7, 10:4.