Qəzzada həlak olan jurnalistlərin sayı açıqlanıb

16:03 - 7 Yanvar 2024 - MEDİA

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında silahlı qarşıdurmanın kəskinləşməsindən sonra 11-i qadın olmaqla 110-a yaxın jurnalist Qəzza zolağında peşə vəzifələrini yerinə yetirərkən öldürülüb.

Ucnoqta.az xəbər verir ki, bu məlumatı Qəzzadakı media ilə əlaqələr şöbəsi verib.

Məlumata görə, Qəzzada müharibə başlayandan bəri öldürülən jurnalistlərin sayı 109-a çatıb. İsrailin Fələstin anklavına endirdiyi zərbələrin yeni qurbanları Əl-Cəzirə telekanalının ekipaj üzvləri olub.

Xəbər xətti