"Qarabağ" qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.
Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisi “Sabah”ın oyunçusu Aleksey İsayevin keçidini həll edib.
Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, yeni transfer 2020-23-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və ”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.