Gələn ildən Azərbaycana idxal edilən badam və xurmaya 15 faiz gömrük rüsumu tətbiq ediləcək.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.