Serxio Ramos 2018-ci ildə antidopinq qaydalarını pozub

13:06 - 30 Dekabr 2023 - İDMAN

İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu, hazırda "Sevilya"da çıxış edən Serxio Ramos 2018-ci ildə antidopinq qaydalarını pozduğuna görə cəzadan xilas olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın Relovo portalı məlumat yayıb.

2018-ci ilin aprelində “Malaqa” ilə oyundan sonra müdafiəçi duş qəbul etməzdən əvvəl dopinq testindən keçməkdən imtina edib. Ümumdünya Antidopinq Agentliyinin (WADA) qaydalarına əsasən, idmançılardan yarışdan dərhal sonra nümunə təqdim etmələri tələb olunur və bunu etmədikdə, dopinq zabitinin göstərişlərinə əməl etmədikdə və ya testin aparılmasına mane ola biləcək hər hansı davranışda atletlə eyni rəftar edilir. 

Nəşr vurğulayır ki, Ramosun dopinq qəbul etməsi ilə bağlı heç bir sübut yoxdur - yalnız onun qaydaları pozması faktı qeydə alınıb.

Xəbər xətti