Rusiyada düyü və düyü taxıllarının ixracına qoyulan müvəqqəti qadağanın müddəti uzadılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə qərar imzalanıb.
Məhdudiyyət 30 iyun 2024-cü il tarixinədək qüvvədə olacaq. Qərar daxili bazarda sabitliyi qorumaq üçün qəbul edilib.
Düyü və düyü taxıllarının ixracına qoyulan qadağada bir sıra istisnalar var. Belə ki, bu, bu məhsulların Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə, həmçinin Abxaziya və Cənubi Osetiyaya tədarükünə şamil edilməyəcək. Bundan əlavə, düyü və düyü dənli bitkiləri humanitar yardımın göstərilməsi, eləcə də beynəlxalq tranzit daşımalarının bir hissəsi kimi xaricə göndərilə bilər.