Xərçəngdən əziyyət çəkən Aygün Bəylər ilə bağlı AÇIQLAMA

19:20 - 28 Dekabr 2023 - Mədəniyyət

Əməkdar artist Aygün Bəylər dekabrın 26-da Heydər Əliyev Sarayında konsert verib. Bir müddətdir, müalicə alan sənətçinin yorğun halı diqqətdən yayınmayıb.

Ucnoqta.az xəbər verir ki, sfera.az Aygün Bəylərin səhhəti ilə bağlı vəziyyəti öyrənmək üçün özü ilə əlaqə saxlamağa çalışdı, lakin zəngimizi adını vermək istəməyən bir yaxını

Əməkdar artistin yaxını konsertin problemsiz keçdiyini bildirdi, növbəti konsertlə bağlı sualı isə belə cavablandırdı:

"Aygün xanımın səhhətində konsert səbəbindən heç bir narahatlıq yaranmayıb. Hər şey əla idi. Yeni konsert gözlənilir, ancaq dəqiq vaxt müəyyənləşdirilməyib".

Qeyd edək ki, konsertdə Əməkdar artisti dinləməyə gələnlər arasında qızı Canan, Azərbaycan Respublikasının Xalq artisti, məşhur kamança ifaçısı Ağacəbrayıl Abasəliyev, Xalq artisti Həmidə Ömərova, müğənni Nigar Camal da olub.

Sənətçi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsertdə özünün "Mehribani" simfonik muğamını Cadenza orkestrinin müşayiəti ilə təqdim edib. Gecədən yığılan vəsait "YAŞAT" Fonduna bağışlanacaq.

Xatırladaq ki, Aygün Bəylər xərçəng xəstəliyindən əziyyət çəkir.

Xəbər xətti