Moskva birjasında avronun məzənnəsi 100 rubldan aşağı düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Dekabrın 28-də keçirilən ticarət zamanı Avropa valyutasının məzənnəsi dekabrın 21-dən bəri ilk dəfə olaraq 100 rubldan aşağı düşüb.
Məlumata görə, avro 1,17% ucuzlaşaraq 99,99 rubl təşkil edib.
Eyni zamanda dolların məzənnəsi dekabrın 19-dan bəri ilk dəfə olaraq 90 rubldan aşağı düşüb.