Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları dekabrın sonunda rekord həddə - 145,4 milyard dollara çatıb.
Ucnoqta.az xəbər verir ki, bunu Respublika Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"Mərkəzi Bankın valyuta ehtiyatları rekord həddə artaraq 145 milyard 456 milyon dollara çatıb", - Türkiyə lideri Ankarada keçirilən iclasda deyib.
Türkiyə Mərkəzi Bankının məlumatına görə, may ayından etibarən valyuta ehtiyatları 47 milyard dollar artıb, bir həftə əvvəl isə 142,5 milyard dollar olub.