Rusiya sanksiyalar fonunda neft ixracını artırıb

20:27 - 21 Dekabr 2023 - İQTİSADİYYAT

Rusiya 2023-cü ildə xam neft ixracını əvvəlki illə müqayisədə 7% - 250 milyon tona qədər artırıb

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Baş nazirin birinci müavini Andrey Belousov Milli Layihələr Şurasının iclasında deyib.

Onun sözlərinə görə, Qərbin sanksiyalarına və Rusiyanın enerji resurslarının alınmasını məhdudlaşdırmaq cəhdlərinə baxmayaraq, onların xaricə tədarükü davam edir.

"Pul baxımından Rusiyanın enerji ixracı praktiki olaraq 2021-ci il səviyyəsinə çatıb və büdcə və şirkətlər üçün rahat olan səviyyədə qalıb", - baş nazirin müavini qeyd edib.

Xəbər xətti