Neftin qiyməti bahalaşıb

12:58 - 20 Dekabr 2023 - İQTİSADİYYAT

ICE birjasında Brent markalı neftin qiyməti dekabrın 1-dən bəri ilk dəfə olaraq bir barel üçün 80 dollara qalxıb

Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti dekabrın 1-dən bəri ilk dəfə 80 dollar/barelə yüksəlib.

Brent markalı neftin qiyməti 0,92% artaraq 80 dollar/barelə çatıb.

 Eyni zamanda WTI markalı xam neftin fevral fyuçersləri 0,74% bahalaşaraq bir barel üçün 74,44 dollar olub.

Xəbər xətti