Brent neftin qiyməti bahalaşıb
Ucnoqta.az xəbər verir ki, ICE birjasında Brent markalı neftin qiyməti 78 dolları ötüb
Ticarət məlumatlarına əsasən Londonun ICE birjasında Brent markalı neftin qiyməti dekabrın 5-dən bəri ilk dəfə bir barel üçün 78 dolları ötüb. Eyni zamanda, WTI markalı xam neftin fevral fyuçersləri 1,37% bahalaşaraq bir barel üçün 73,13 dollar olub.