Azərbaycanda zəlzələ oldu (YENİLƏNİB)

15:21 - 14 Dekabr 2023 - Xəbər

Xəzər dənizində (İran) zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumatda bildirilib.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ Lənkəran, Lerik ərazisində 3 baldan artıq hiss olunub.

15:10

Lənkəranda zəlzələ olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Mərkəzin yaydığı məlumata görə, mərkəzin zəlzələlərin tədqiqatı bürosu tərəfindən bu gün saat 15.04-də Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

Qeyd olunub ki, baş verən zəlzələnin maqnitudası 4,5 olub.

Xəbər xətti