Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

15:46 - 5 Dekabr 2023 - Xəbər

Hazırda müşahidə edilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Eyni zamanda, məlumat sürət tablolarında “sürüşkən yol” və “güclü külək” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Xəbər xətti