Göygöl və Şəmkirdə qanunsuz tikililər sökülüb

11:08 - 5 Dekabr 2023 - ÖLKƏ İÇİ

Göygöl və Şəmkir rayonlarında qanunsuz tikililər sökülüb.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, Göygöl rayonunun Üçtəpə kəndi və Şəmkir rayonunun “Ceyrançöl” massivi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Xəbər xətti