Yeni kiberdələduzluq üsulu yayılıb - VİDEO

10:16 - 5 Dekabr 2023 - Cəmiyyət

Sosial şəbəkələrdə bank kartı məlumatlarının oğurlanması ilə bağlı yeni səs yazısı paylaşılıb. Bu dəfə kibercinayətkarlar sadə vətəndaşlara şəxsi məlumatları ilə bağli daha dolğun informasiya verərərək onları aldadırlar.

Ucnoqta.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, sosial şəbəkələrdə yayılan sözügedən səsdə deyilir ki, kibercinayətkarlar vətəndaşın bank kartı haqqında xeyli məlumata malikdirlər. Hətta kartdakı rəqəmləri belə düzgün bilirlər.

Vətəndaşlar bəzən özləri də bilmədən belə həmin zəng edən şəxslərin istədiyi məlumatı ona ötürürlər. Nəticədə isə kiberdələduzların qurbanına çevrilirlər

Bəs həmin şəxslərdə şəxsi məlumatlarla bağlı geniş informasiya hardandır?

İKT mütəxəssisi Azər Əlili bildirib ki, əvvəlcə şəxs haqqında açıq internet mənbələrində olan məlumatlar əldə olunur.  

Bundan başqa, əgər kimsə nə vaxtsa kartdan karta köçürmə əməliyyatı edibsə, artıq kartın üstündəki 16 rəqəmi bölüşmüş sayılır.

Mütəxssis əlavə edib ki, şəxsiyyət vəsiqəsi, yaşadığınız ünvan, doğum tarixi və kart məlumatları  - bunlar hamısı məxfi olmalıdır.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda polisə məlumat versinlər.

Bu cür hallarla üzləşən vətəndaşlar DİN-in 102 xidməti, eləcə də sosial şəbəkələrdəki nazirliyin səhifələrinə yaza bilərlər.

 

Xəbər xətti