Qazaxıstan Milli Bankı faiz dərəcəsini endirib

10:41 - 24 Noyabr 2023 - İQTİSADİYYAT

Qazaxıstan Milli Bankı baza dərəcəsini illik 16%-dən 15,75%-ə endirmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.

"Qazaxıstan Respublikası Milli Bankının Pul Siyasəti Komitəsi baza dərəcəsini müsbət və ya mənfi 1 faiz bəndi dəhlizlə illik 15,75%-ə endirmək qərarına gəlib. Qərar Milli Bankın yenilənmiş proqnozları əsasında qəbul edilib”, - məlumatda deyilir.

Xatırladaq ki, oktyabrın 6-da Respublika Milli Bankı baza dərəcəsinin illik 16,5%-dən 16%-ə endirilməsi barədə qərar qəbul edib.

Xəbər xətti