Gələcəkdə neftin qiyməti 2035-ci ilə qədər təxminən 100 dollar/barel olacaq.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak müsahibəsində bildirib.
"2013 və ya 2012-ci illərdə qiymətlər 100 dollar civarında idi. İndi biz 2023-cü ildə yaşayırıq və onlar bu səviyyəyə yaxındır. Son vaxtlar 95 dollar idi, indi 85-90 dollar səviyyəsindədir. Əgər 2035-ci ilə qədər uzadsaq , onda riyaziyyat nöqteyi-nəzərindən bu 100 dollar olacaq”, - deyə o bildirib.
Novak izah edib ki, neftin qiymətini daha dəqiq proqnozlaşdırmaq çətindir, çünki ona bir sıra müxtəlif amillər təsir edir.
O, həmçinin qeyd edib ki, yaxın 10 ildə bazarda dedollarizasiya prosesləri müşahidə olunacaq.