Səudiyyə Ərəbistanının könüllü neft hasilatını azaltması bazarın sabitliyini qorumaq üçün lazım olduğu müddətcə davam edəcək.
Ucnoqta.az xəbər verir ki, bunu “Rossiya-24” kanalına müsahibəsində Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman deyib.
"İlin sonuna kimi hasilatı azaltmağa davam edəcəyik. Hər ay əvvəl dediyimiz kimi, azalma və ya neft hasilatını artıracağımızı nəzərdən keçirəcəyik. Ola bilsin, bir ay daha, iki, dörd, beş. Nə qədər ki, bazara sabitlik gətirmək üçün bazarda sakitliyi təmin etmək üçün müvafiq davranmağımızı təmin etmək üçün vaxt lazımdır”, - energetika naziri bildirib.