Finlandiya və Estoniya arasında Balticconnector qaz kəmərində sızma xəbərləri fonunda Avropada qazın birja qiymətləri 14% bahalaşıb.
Ucnoqta.az xəbər verir ki, bunu ICE birjasının ticarət məlumatları sübut edir.
Məlumata görə, çərşənbə axşamı TTF indeksi üzrə qazın qiyməti ticarətin açılışından 487 dollardan min kubmetr üçün 547 dollara yüksəlib. Bundan əvvəl Finlandiya KİV-ləri Balticconnector-da baş vermiş insidentlə bağlı Finlandiya hökumətinin təcili mətbuat konfransı keçirib. Bazar günü operator Gasgrid Finland, ehtimal ki, zədələnmə səbəbindən boruda təzyiqin aşağı düşdüyünü qeyd edib.
Təxminən 80 km uzunluğunda olan Balticconnector dənizaltı qaz kəməri Finlandiya və Estoniyanın qaz nəqli şəbəkələrini birləşdirir. 2019-cu ilin dekabrında istifadəyə verilib.