Azərbaycan bu erməniləri beynəlxalq axtarışa verdi – HƏBS QƏRARI

20:30 - 26 Sentyabr 2023 - Xəbər

Azərbaycan Hərbi Prokurorluğu ötən il “insanlığa qarşı törədilmiş cinayətlər, o cümlədən Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi müharibə cinayətləri  ilə bağlı cinayət işi açıb.

Redaktor.az bildirir ki, Cinayət Məcəlləsinin 103-cü (soyqırım), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququ pozma) maddələri ilə 297 nəfərə qarşı cinayət işi qaldırılıb.

Onların hamısı ilə bağlı axtarış elan edilib.

Xankəndinin separatçı guruhunun sabiq rəhbəri Araik Aratunyan bu siyahıdadır.

Arutyunyanı 2020-ci ilin oktyabrında Gəncəyə raket hücumunun təşkilində ittiham olunur.

Azərbaycan 2022-ci ilin fevralından həmçinin Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın axtarışını elan edib. Azərbaycan prokurorluğunun məlumatına görə, Köçəryan və Sarkisyan 1988-ci ildəki seaparat fəaliyyətlərinə görə axtarışdadırlar.

Onlar 1988-ci ilin fevralından ermənilərlə azərbaycanlılar arasında milli ədavət və nifrət toxumu səpmək məqsədilə Xankəndinin təşkilat və idarələrində erməni işçilərlə görüşlər keçiriblər”, – deyə Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq idarəsinin rəisi Emil Tağıyev mediaya açıqlamasında bildirib.

Azərbaycan prokurorluğunun nümayəndəsinin sözlərinə görə, 1991-ci il sentyabrın 2-də Köçəryan və Sarkisyan qondarma  “Dağlıq Qarabağ Respublikasını” elan edib, Azərbaycanın keçmiş Şaumyan rayonunu qanunsuz olaraq Dağlıq Qarabağa birləşdirib. Həmçinin, o ərazilərdə Azərbaycan Konstitusiyanı, qanunlarının, Azərbaycan prokurorluğunun fəaliyyətini qeyri-qanuni dayandırıblar.

Azərbaycanın axtardığı şəxslərin siyahısı bununla məhdudlaşmır. 2020-ci ilin noyabrında Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, həmçinin özünü qondarma guruhun “xarici işlər naziri” kimi təqdim edən David Babayan, Arman Babacanyan və Calal Arutunyan üçün axtarış elan edib.

Axtarış  siyahısında erməni iş adamları, Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan, “Taşir Group”un sahibi Samvel Karapetyan, “Royalsis” şirkətinin sahibi David Qalstyan da var.

Azərbaycan Baş Prokurorluğu bəyan edib ki, adıçəkilən şəxslər 2001-2021-ci illərdə Ermənistana iriçaplı hərbi silahlar, döyüş sursatları, partlayıcı maddələr və qurğular aparıblar. Bu silahlar oradan isə Ermənistan tərəfindən işğal olunmuş Qarabağa ona bitişik ərazilərə daşınıb.

“Samvel Sarkisi Karapetyan, David Qalstyan və Ara Abramyan Cinayət Məcəlləsinin 100.1, 218.1, 228.3, 279.1 və 206.4-cü maddələri ilə ittiham edilib, barələrində həbs qətimkan tədbiri seçilib, hamısına beynəlxalq axtarış elan edilib. “, – deyə Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir.

Qeyd olunub ki, Azərbaycan hüquqi yardım üçün  xarici tərəfdaşlara müraciət edib.

Xəbər xətti