Brent markalı neftin qiyməti bahalaşıb
Ucnoqta.az xəbər verir ki, Brent markalı neftin qiyməti 95 dollar/barelə yüksəlib.
Məlumata görə, Londonun ICE birjasında Brent markalı neftin qiyməti 2022-ci il noyabrın 15-dən bəri ilk dəfə olaraq 95 dollar/barelə yüksəlib.
Eyni zamanda, WTI markalı xam neftin noyabr fyuçersləri 0,25% bahalaşaraq bir barel üçün 91,34 dollar olub.