Liviyada daşqınlar nəticəsində xəsarət alanların sayı 7 mini keçib.
Ucnoqta.az xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verib.
Məlumata görə, təbii fəlakət nəticəsində 5 mindən çox insan həlak olub. Xilasedicilər hələ də xüsusilə böyük binalarda sağ qalanları tapmağa ümid edirlər.
O, həmçinin qeyd edib ki, səhra xəstəxanaları daşqından zərər çəkmiş ərazilərə yerləşdirilib.