Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

12:33 - 7 Sentyabr 2023 - ÖLKƏ İÇİ

Ölkənin dağ çaylarında sel təhlükəsi qalmaqdadır

Ucnoqta.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 10-dək davam edəcək: "Bu müddət ərzində Balakən, Şəki, Oğuz, Dağlıq Şirvan, Quba, Qusar, Daşkəsən, Gədəbəy, Gəncə, Lənkəran, eyni zamanda Qarabağ, Şərqi Zəngəzur ərazisindən axan çaylarda sel gözlənilir. Əhaliyə müraciət edərək onları bu müddət ərzində ehtiyatlı olmağa səsləyirik. Çay yataqlarına yaxınlaşmasınlar. Çünki bu onların həyatına təhlükə yarada bilər".

Xəbər xətti