Daha bir neçə ailə Laçına yola salınıb.
"Report" xəbər verir ki, bu gün daha 93 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönür.
Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən başlayıb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib.