Akif İslamzadə Xalq artisti təklifindən imtina etdi: “Mən Elçibəylə dost olmuşam”

20:27 - 8 Avqust 2023 - Mədəniyyət

Avqustun 8-də Mədəniyyət Nazirliyində Azərbaycan estrada sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Akif İslamzadə ilə görüş keçirilib.

Nazir Adil Kərimli bu günlərdə 75 yaşı tamam olan Akif İslamzadəni yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb. Sonra sənətkara Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.

Ucnoqta.az xəbər verir ki, “Yeni Sabah”a açıqlamasında Akif İslamzadə görüş haqqında danışıb. Eyni zamanda ona Xalq artisti adı verilmə ehtimalı haqda sualı cavablandırıb:

“Nə fəxri ad? Məni o qədər aşağı səviyyədə görürsünüz? Mən o adı özüm üçün yaratmışam. Amma məni Xalq artisti səviyyəsinə endirməyə gərək yoxdur. Mənim imkanım olub, amma bundan imtina etmişəm. Bütün Azərbaycan bilir ki, mən Elçibəylə dost olmuşam. Bu yaxınlara qədər mənə Xalq artisti adı təklif olunub, amma özüm imtina etmişəm, istəməmişəm”.

Xəbər xətti