Kürdəmir rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
“KIA” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobilinə çırpılması nəticəsində üç nəfər ağır xəsarət alıb, bir nəfər isə ölüb.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Meyit isə aidiyyəti üzrə təhvil verilib.
Hazırda fakt araşdırılır.