İsmayıllı rayon sakinləri Ağaverdi Xəilov və həmyaşıdı Aytac Mayılovanın 1 ay əvvəl itkin düşmələri barədə yeni məlumat var.
Ucnoqta.az Qafqazinfo-ya istinadla xəbər verir ki, gənclərin yeri müəyyən edilib.
A.Xəlilov nənəsi ilə əlaqə saxlayaraq Aytacla birlikdə Bakıda olduqlarını deyib. O, paytaxtda iş tapdığını,vəziyyətlərinin yaxşı olduğunu qeyd edib.
DİN-in mətbut xidməti də təsdiqləyib ki, İsmayıllı rayonunda itkin düşən 2004-cü il təvəllüdlü Aytac Mayılova və Ağaverdi Xəlilov Bakı şəhərində tapılıb, axtarışlar dayandırılıb.
19 yaşlı Ağaverdi və həmyaşıdı Aytac iyulun 9-da gecə saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıblar.
Onların itkin düşmələri ilə bağlı valideynləri tərəfindən polisə məlumat verilib.