“AS İstehsal” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və bununla da, Parkın rezidentlərinin sayı 19-a çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
“Şirkət Parkın ərazisində investisiya dəyəri 5,4 milyon manat olacaq inşaat materialları istehsalı kompleksi yaradacaq və 95 nəfəri işlə təmin edəcək”, - nazir qeyd edib.