Brent markalı neftin qiyməti bir barel üçün 84 dolları ötüb.
Ucnoqta.az ticarət məlumatlarına istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin qiyməti aprelin 19-dan bəri ilk dəfə bir barel üçün 84 dolları ötüb.
Eyni zamanda, WTI markalı xam neftin sentyabr fyuçerslərinin qiyməti 0,16% artaraq bir barel üçün 79,83 dollar olub.