Brent markalı neftin qiyməti aprelin 25-dən bəri ilk dəfə 82 dollar/barelə yüksəlib.
Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçers müqaviləsinin qiyməti 25 aprel 2023-cü ildən bəri ilk dəfə bir barel üçün 1,83% artaraq 82 dollara yüksəlib.
Eyni zamanda, WTI markalı xam neftin sentyabr fyuçersləri 0,03% bahalaşaraq 76,7 dollar/barel olub.