Ukraynada 32 milyon ton taxıl bloklanıb

14:06 - 20 İyul 2023 - İQTİSADİYYAT

Hazırda Ukraynada taxıl müqaviləsinə xitam verilməsi nəticəsində 32 milyon ton taxıl bloklanıb.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok Brüsseldə Aİ xarici işlər nazirlərinin toplantısına gələrkən jurnalistlərə deyib.

O, qeyd edib ki, “aclıq, taxıl silah kimi istifadə edilməməlidir”.

Eyni zamanda, Burbok Ukraynadan taxıl ixracı variantlarını tapmaq üçün beynəlxalq tərəfdaşlarla işin intensivləşdirilməsini elan edib. “Yüz minlərlə, milyonlarla insanın təcili olaraq Ukraynadan taxıla ehtiyacı var, ona görə də biz bütün beynəlxalq tərəfdaşlarımızla birlikdə çalışırıq ki, Ukraynada taxıl yaxın bir neçə həftə ərzində siloslarda çürüməsin, ancaq ətrafdakı insanlara çatsın.

Xəbər xətti