Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Rusiyanın taxıl sazişinə qayıtmasını istəyir, o ümid edir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Moskvanı Qara dəniz taxıl təşəbbüsünün əhəmiyyətinə inandıra bilər.
Ucnoqta.az xəbər verir ki, nazir bunu çərşənbə günü Anadolu agentliyinə müsahibəsində deyib.
“Həqiqətən ümid edirəm ki, prezident insanları aclığa son qoymağa və qlobal taxıl qiymətlərini aşağı salmağa kömək edən Qara Dəniz Taxıl Təşəbbüsünün əhəmiyyətinə inandıra bilər”, - deyə Kleverli bildirib.
Britaniyalı nazir Rusiya Federasiyasına taxıl müqaviləsinin ləğvi ilə təhrik oluna biləcək qıtlıq mövzusundan siyasi rıçaq kimi istifadə etməsi ilə bağlı şikayət edib.
"Top əsasən Rusiyanın tərəfindədir və biz onu bu taxıl müqaviləsi təşəbbüsü üzərində işləməyə təşviq edirik" - deyib.
Klevereli hökumətin son rus əsgəri Ukraynadan çıxarılana qədər dəstəyini davam etdirəcəyini bildirib.///tass