Dünya Bankı Ukraynanın enerji sektoruna 500 milyon dollar ayırır

14:56 - 19 İyul 2023 - İQTİSADİYYAT

Dünya Bankı Ukraynanın enerji sisteminin qış isitmə mövsümündə dayanıqlığını təmin etmək üçün 500 milyon dollar ayıracaq

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

Dünya Bankının "Qışda enerji təchizatının bərpası və enerji ehtiyatlarının təmin edilməsi" layihəsi çərçivəsində ümumilikdə 500 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti nəzərdə tutulub. Vəsait istilik xidmətləri üçün avadanlıqların və elektrik enerjisinin ötürülməsi infrastrukturu üçün avadanlıqların alınmasına yönəldiləcək. 

Energetika Nazirliyinin məlumatına görə, sövdələşmənin birinci hissəsi 200 milyon ABŞ dolları məbləğində qrantı nəzərdə tutur. Digər sazişdə elektrik enerjisinin tənzimləyici parametrlərinin təmin edilməsi üçün yarımstansiyalarda cihazların tətbiqi üçün Almaniya hökumətinin 37,74 milyon avro məbləğində qrant ayrılması nəzərdə tutulur. ///tass

Xəbər xətti