Avropada qaz qiymətləri 300 dollardan aşağı düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Kommersant” ICE Futures məlumatlarına istinadən yazır.
Norveçin Nyhamn şəhərindəki qaz emalı zavodunda təmir başa çatdıqdan sonra tədarükün artması Avropada qazın qiymətinin aşağı düşməsinə səbəb olub. Hollandiyanın TTF mərkəzi üzrə avqust fyuçersləri günün sonuna 1,7% azalaraq 1000 kubmetr üçün 295 dollara düşüb.
Nəşrin məlumatına görə, Avropada yeraltı qaz anbarları artıq 81,43% səviyyəsində doldurulub. Əgər vurulmanın hazırkı səviyyəsi saxlanılarsa, 90%-lik hədəf səviyyəsinə sentyabr ayından xeyli tez çatacaq ki, bu da qazın qiymətinin daha da aşağı düşməsinə səbəb ola bilər, çünki daxil olan qazı saxlamaq üçün heç bir yer olmayacaq.