Çin Qara dəniz taxıl daşınması paketinin balanslaşdırılmış və hərtərəfli şəkildə həyata keçirilməsinin davam etdiriləcəyinə ümid edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib.
"Çin ümid edir ki, taxılın Qara dəniz vasitəsilə daşınmasına dair paket sazişi tarazlaşdırılmış, hərtərəfli və səmərəli şəkildə həyata keçirilməyə davam edəcək", - Mao Ninq bildirib.
O, həmçinin qeyd edib ki, Çin əvvəllər ərzaq təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq sahəsində təşəbbüslər irəli sürüb.
"Biz bu sahədə bütün tərəflərlə əməkdaşlığı gücləndirməyə, daha böyük beynəlxalq konsensusun formalaşmasına töhfə verməyə, dünyanın ərzaq təhlükəsizliyinin təmin olunmasına müsbət töhfə verməyə hazırıq", - diplomat vurğulayıb.