Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini yenidən artıra bilər

10:00 - 17 İyul 2023 - İQTİSADİYYAT

Türkiyə Mərkəzi Bankı iyulda əsas uçot dərəcəsini 16,5-17%-ə qədər artıracağını elan edə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bankın iclası iyulun 20-də baş tutacaq. Qəzet qeyd edir ki, bəzi bazar iştirakçıları uçot dərəcəsinin 20%-ə qaldırılmasını istisna etmirlər.

İyun ayında Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 27 ayda ilk dəfə - 8,5%-dən 15%-ə qaldırıb. Bu, Mərkəzi Bankın yeni rəhbəri Hafize Qaye Erkanın ilk qərarı olub. Bunun fonunda Türkiyənin milli valyutasının məzənnəsi bir dollar üçün 26 lirə həddini keçərək, dollar qarşısında rekord enişi təzələyib. Lirənin məzənnəsi, müxtəlif proqnozlara görə, bir neçə ay ərzində bir dollar üçün 26-30 səviyyəsində sabitləşə bilər.

Xəbər xətti