İyulun 16-na keçən gecə Türkiyədə benzin və dizel yanacağının qiyməti 20% artıb.
Ucnoqta.az xəbər verir ki, “Resmi Gazete” hökumət jurnalında yanacağın qiymətinin artırılması ilə bağlı qərarın dərcindən sonra benzin və dizelin bir litrinin qiyməti müvafiq olaraq 34,08 lirə və ya 1,30 dollara, 32,04 lirəyə və ya 1,22 dollara yüksəlib.
Ötən gün yanacaqdoldurma məntəqələrində benzinin bir litri 28,05 lirə və ya təxminən 1,07 dollar, dizel yanacağı isə 26,32 lirə (təxminən 1,01 dollar) olub.
İlin əvvəlində benzinin bir litri 21,14 lirə və ya 0,81 dollar olub.