Azərbaycan “ACWA Power”lə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

12:06 - 14 İyul 2023 - İQTİSADİYYAT

Azərbaycan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.

“ACWA Power”in İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan ilə şirkətin ölkəmizlə birlikdə yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirə apardıq”, - deyə o, qeyd edib.

Xəbər xətti