Neftin qiyməti bahalaşıb

19:01 - 11 İyul 2023 - İQTİSADİYYAT

ICE birjasında Brent markalı neftin qiyməti mayın 2-dən bəri ilk dəfə bir barel üçün 79 dollara qalxıb.

Ucnoqta.az xəbər verir ki, Brent markalı neftin qiyməti 1,56% artaraq 79 dollar/barelə bərabər olub.
Ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçers müqaviləsinin qiyməti 2023-cü il mayın 2-dən bəri ilk dəfə bir barel üçün 79 dolları ötüb.

Eyni zamanda, WTI markalı xam neftin avqust fyuçersləri 1,43% artaraq 74,5 dollar/barel olub.

Xəbər xətti