ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 1,5 milyon barel azalaraq iyunun 30-na 452,2 milyon barel təşkil edib
Ucnoqta.a TASS-a istinadən xəbər verir ki, ölkənin Energetika Nazirliyi bildirib.
Nazirlik məlumat verib ki, ehtiyatların hazırkı səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən təxminən 1% aşağıdır.
Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçersləri 0,84% ucuzlaşıb - bir barel üçün 75,89 dollar, WTI markalı xam neftin 2023-cü ilin avqustunda çatdırılması üçün fyuçers müqaviləsinin qiyməti barel üçün 71,12 dollara (-0,85%) düşüb.