Türkiyədə istehlak qiymətləri indeksi illik ifadədə 38,21% təşkil edib ki, bu da son il yarımda ən aşağı göstərici olub.
Ucnoqta.az xəbər verir ki, ölkədə inflyasiya ilə bağlı müvafiq məlumatı TÜİK Dövlət Statistika Agentliyi yayıb.
İyun ayında istehlak qiymətləri may ayı ilə müqayisədə 3,92% bahalaşıb. Beləliklə, 2022-ci ilin iyun ayından bəri inflyasiya 38,21% təşkil edib. May ayında bu göstərici 39,59% təşkil edib.